İyulun 25-də və 26-da qeydə alınan 76 cinayətin açılması təmin edilib.
Daxili İşlər Nazirliyindən Hit.az-a verilən məlumata əsasən, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib. Ümumi çəkisi 19,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Eləcə də yabanı halda bitmiş 8274 xaş-xaş kolu aşkarlanaraq məhv edilib. Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər də saxlanılıb.

