Karantin rejimini pozanlar belə cərimələndi - VİDEO

ÖLKƏ
20:17 / 26.06.2020
1359

Koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Polis əməkdaşları tərəfindən ictimai nəqliyyatda, o cümlədən marşurut avtobuslarında, Bakı metropolitenində, habelə insanların sıx toplaşdığı ərazilərdə növbəti reyd keçirilib.

Baku.Tv xəbər verir ki, reyd zamanı sosial məsafəni gözləməyən, tibbi maskalardan istifadə etməyən, icazəsiz yaşayış yerini tərk edən şəxslərə qanunvericiliyə uyğun olaraq xəbərdarlıq edilib, bəziləri isə inzibati məsuliyyətə cəlb olunublar. Nərimanov Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəsii Elçin Mirzəli bütün vətəndaşları karantin qaydalarına əməl etməyə, xüsusən ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə etməyə çağırıb.

“Əməkdaşlarımız hər bir vətəndaşa fərdi qaydada yaxınlaşaraq özlərini təqdim edib, onların mənzilini tərk etmək haqqında sms icazəsini yoxlayırlar. Əgər icazəsi varsa vətəndaş sərbəst şəkildə buraxılır. İcazəsi yoxdusa dərhal inzibati protokol tərtib olunur. “ – deyə Elçin Mirzəli bildirir

Son sutka ərzində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə nəqliyyat vasitələri ilə hərəkətdə olan 1248 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

0