Dövlət Xidmətinə rəis müavini təyin olundu

SOSİAL
18:40 / 08.05.2026
38

Nəcəfalıyev Nəcəfalı Əziz oğlu Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini təyin edilib.

HİT.Az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Qeyd edək ki, bundan əvvəl Nəcəfalıyev Nəcəfalı Əziz oğlu Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin idarə heyətinin sədri vəzifəsində çalışıb.

0