ABŞ administrasiyası hazırda Kubaya qarşı hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirmir.
HİT.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
“ABŞ yaxın zamanda Kubaya qarşı hərbi addımlar atmağı planlaşdırmır, baxmayaraq ki, Ağ Evin rəhbəri Donald Tramp ‘Kuba növbəti olacaq’ kimi təhdidlər səsləndirib”, deyə materialda bildirilir.
Bununla belə, mənbələr hesab edir ki, ABŞ prezidenti istənilən anda mövqeyini dəyişə bilər.
Bundan əvvəl Braziliya prezidenti Luis İnasiu Lula da Silva Trampdan ABŞ-nin Kubaya müdaxilə planı olmadığını təsdiqləyən zəmanət aldığını açıqlamışdı.
1 may tarixində Donald Tramp Kuba ilə bağlı əlavə sanksiyaların tətbiqini nəzərdə tutan fərman imzalayıb. Sənəddə ABŞ-nin Kubanı milli təhlükəsizlik və xarici siyasət üçün ciddi təhdid hesab etməyə davam etdiyi vurğulanır.
Samir


