WUF13-də iştirak etmək istəyənlərin nəzərinə

ÖLKƏ
17:36 / 08.05.2026
49

17-22 may 2026-cı il tarixlərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində açılış mərasimi mayın 18-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

Hit.az xəbər verir ki, tədbirdə iştirak etməsi məqsədəuyğun hesab edilən şəxslərə forumda qeydiyyatdan keçərək açılış mərasimində iştirak etmələri ilə bağlı müraciət ünvanlanıb.

Forumun proqramı və qeydiyyat üçün müvafiq keçidlər iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, qeydiyyat prosesini izah edən videomaterial da əlavə olunub.

Vurğulanıb ki, açılış mərasiminin vaxtında dəyişikliklərin ola biləcəyi nəzərə alınaraq forum proqramının mütəmadi izlənilməsi tövsiyə edilir.

Həmçinin qeyd edilib ki, qeydiyyat təsdiqinə dair QR-kod əldə edildikdən sonra Bakı Olimpiya Stadionuna giriş üçün stadion ərazisində fəaliyyət göstərəcək "Qeydiyyat pavilyonu"nda iştirakçılara müvafiq vəsiqələr təqdim olunacaq. Bu səbəbdən qeydiyyat zamanı istifadə olunan şəxsiyyət vəsiqələrinin iştirakçıların üzərində olması vacibdir.

0