“Arbidol” dərmanını ev şəraitində qəbul etməyin! - Rəsmi müraciət

ÖLKƏ
22:56 / 10.07.2020
1262

"Arbidol", vitamin"C" kimi qeyd edilən dərmanlar ümumiyyətlə ev şəraitində müalicə üçün tövsiyə olunmur.

Bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın brifinqində Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov bildirib.
N.Zeynalov qeyd edib ki, onlar kifayət qədər yan və toksik təsirlərə malikdir:

"Onların müalicəsi ancaq xəstəxana şəraitində aparılmalıdır. Vitaminlərlə bağlı apteklərdə qıtlığın olduğunu isə düşünmürəm. Əlavə olaraq demək istəyirəm ki, dərmanların yüngül əlamətləri olan və polklinikalarda qeydə alınmış şəxslərə pulsuz çatdırılması təşkil olunub".

0