Nəsillər arasında ünsiyyət fərqləri təkcə baxışlarda deyil, dildə də özünü göstərir. İllər keçdikcə jarqon və gündəlik ifadələr dəyişir. Bir vaxtlar geniş istifadə olunan bir çox ifadələr bu gün yaşlı insanlar üçün tam aydın olsa da, Z nəslinin nümayəndələri onların mənasını anlamaqda çətinlik çəkirlər.
HİT.az xəbər verir ki, bu barədə "Your Tango" nəşri yazıb.
Nəşrin təqdim etdiyi siyahıda yaşlı nəslin yaxşı tanıdığı, lakin gənclər üçün qəribə səslənən doqquz ifadə yer alıb.
* "Faksla göndərəcəyəm" (I'll fax it over) – Bir vaxtlar faks sənədlərin sürətlə göndərilməsi üçün əsas vasitələrdən biri idi. Bu gün isə Z nəslinin bir çox nümayəndəsi faks aparatını heç görməyib.
* "Şam yeməyi hazırlayıram" (I'm fixing supper) – ABŞ-də xüsusilə yaşlı nəsil arasında işlədilən bu ifadədə "fixing" sözü "hazırlamaq" mənasında istifadə olunur. Gənclər isə bu formadan demək olar ki, istifadə etmirlər.
* "İyrəncdir" (Grody to the max) – 1980-ci illərdə populyar olan bu ifadə nəyinsə son dərəcə iyrənc olduğunu bildirmək üçün işlədilirdi. Müasir gənclər isə buna bənzər mənada daha çox "the ick" ifadəsini istifadə edirlər.
* "Plastinkanın cızıltısı" (Record scratch) – Əslində vinil plastinkanın cızılması nəticəsində yaranan səsi ifadə edir. Sonradan isə gözlənilməz dönüş və ya qəfil dəyişiklik baş verən vəziyyətləri təsvir etmək üçün məcazi məna qazanıb.
* "Şüşəni aşağı sal" (Roll down your window) – Köhnə avtomobillərdə pəncərələr əl ilə fırladılan qollar vasitəsilə açılırdı. Müasir avtomobillərdə isə bu funksiyanı düymələr yerinə yetirdiyindən ifadənin mənşəyi Z nəsli üçün aydın olmaya bilər.
* "Ətraflı danış" (Give me the skinny) – Bu ifadə İkinci Dünya müharibəsi dövründə yaranıb və hadisənin bütün təfərrüatlarını öyrənmək istəyi mənasını verir. Gənclər isə eyni mənada daha çox "Give me the tea" ifadəsini işlədirlər.
* "Dərs oxumağa başla" (Hit the books) – Əvvəllər kağız dərsliklərlə təhsili ifadə edən bu deyim indi rəqəmsal təhsil dövründə əvvəlki aktuallığını itirib.
* "Möhtəşəmdir" (Totally tubular) – Əvvəlcə sörfinq mədəniyyətində yaranan, sonradan isə 1980-ci illərdə "əla", "super" mənasında geniş yayılan ifadə idi.
* "Gecəyarısına qədər işləmək" (Burning the midnight oil) – Elektrikdən əvvəlki dövrdə insanların gecə yağ lampalarının işığında işləməsinə istinad edən bu ifadə bu gün də gec saatlara qədər işləməyi ifadə etsə də, gənclər arasında nadir hallarda işlədilir.
Nəşrin qeyd etdiyi kimi, bu ifadələr artıq gündəlik danışıqda əvvəlki qədər istifadə olunmasa da, onlar müxtəlif nəsillər arasındakı dil və mədəniyyət fərqlərini göstərən maraqlı nümunələr olaraq qalır.
Samir


