Cəbhədəki gərginlikdən Moskva narahatdır... - Bəyanat

SİYASƏT
14:51 / 13.07.2020
1312

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində baş verən silahlı insidentlə bağlı açıqlama yayıb.

Rusiya KİV-i xəbər verir ki, Moskva təmas xəttində gərginliyin yaranmasından narahatdır.

“Bizə daxil olan məlumata görə, döyüşlər davam edir. Ölənlər və yaralananlar var. Ölənlərin yaxınlarına və doğmalarına başsağlığı veririk. Regionun gələcək sabitliyinə təhlükə törədən gərginliyin davamın qəbuledilməz hesab edirik. Tərəfləri təmkinli olmağa və atəşkəs rejimini qorumağa səsləyirik”, - deyə bəyanatda deyilir.

Rusiya tərəfi vəziyyətin stabilləşməsi üçün öz səylərini göstərməyə hazır olduğunu da açıqlayıb.

0
Modern.az