Şəhid gizirimiz dəfn edildi - VİDEO

17:13 / 14.07.2020
1075

Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan gizir Zeynallı İlqar Ayaz oğlu dəfn edilib. 

HİT.Az xəbər verir ki, 1995-ci il təvəllüdlü İlqar Zeynallı doğulub boya-başa çatdığı Tovuzun Cəlilli kəndində torpağa tapşırılıb.

Dəfndə şəhidin yaxınları, rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

 

0