Azərbaycanda polkovnik-leytenant koronavirusdan öldü

ÖLKƏ
17:30 / 17.07.2020
1297

Daxili İşlər Nazirliyinin koronavirusla mübarizə tədbirlərində iştirak edən daha bir vəzifəli əməkdaşı virusa yoluxaraq vəfat edib.

HİT.Az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Bakı şəhər qarnizonunda xidmət edən 53 yaşlı polis polkovnik-leytenantı dünən koronavirus səbəbindən dünyasını dəyişib.

Bununla da DİN-in koronavirusa yoluxaraq vəfat edən əməkdaşlarının sayı 4-ə çatıb. 

DİN Mətbuat xidmətindən məlumatı saytımıza təsdiqləyiblər.

0