Ekzotik meyvə alarkən iki dəfə düşünün - Həkimdən məsləhət

SAĞLAMLIQ
18:59 / 24.04.2025
50

Bakı mağazlarında hər mövsümdə müxtəlif ekzotik meyvələri tapmaq olur. 

Bu meyvələrin müxtəlif faydalı xüsusiyyətləri, həmçinin, əks-göstərişləri olduğu deyilir.

Professor, həkim ekspert Adil Qeybulla Hit.az-a şərhində deyib ki, süni iqlim şəraitində yetişdirilməyən qidalar insan sağlamlığına ciddi ziyandır: 

“Süni iqlim şəraitində yetişdirilən gübrələrdə, bitkilərdə onların parazitlərdən qorunması və yetişdirilməsi üçün həm gübrələrdən, həm də zərərverici kiməvi maddələrdən istifadə olunur. Bunların özləri də meyvələrin tərkibinə keçir. İnsanlar mövsümü olmayan meyvələri yeməsinlər. Təbii şəraitdə, vaxtında becərilən, yəni hər meyvəni vaxtına uyğun yeyilməsi qida rejimi üçün daha yaxşı olardı. Amma süni iqlim şəraitində yetişdirilən qidalar orqanizmə xeyli ziyan vurur. Çünki , bunların tərkibinə müxtəlif inqridientlər hopur ki, bunların bəziləri orqanizmə toksiki təsir edir və digər bizim bilmədiyimiz təsirlər də edə bilər. Bu baxımdan da bu ekoloji, ciddi bir problemdi. Bu problemi insanlar özləri tənzim etməlidirlər.”

Sevinc
 

0