12:48 / 12.05.2022
1106

Azərbaycanlı rejissor vəfat etdi - FOTO

Azərbaycanın tanınmış rejissoru və ssenaristi Musa Bağırov vəfat edib.

Bu barədə APA-ya mərhumun oğlu Ziya Seyidbəyli məlumat verib.

Musa Bağırov 10 may 1932-ci ildə anadan olub. O, uzun illər “Azərbaycanfilm” və “Ekran” Yaradıcılıq Birliyində çalışmış və 50-dən artıq sənədli filmə quruluş verib. Filmləri bir çox beynəlxalq festivalda mükafata layiq görülüb.

Musa Bağırov həmçinin general Həzi Aslanovla bağlı araşdırmaların müəllifidir.

0