“A.B.İ.” ilə bağlı ŞOK QƏRAR

MƏDƏNİYYƏT
09:57 / 23.09.2026
172

Türkiyənin “ATV” telekanalının iddialı “A.B.İ.” serialının aqibəti bəlli olub.

Hit.az xəbər verir ki, ekran işinin bitirilməsinə qərar verilib.

Buna səbəb layihənin ikinci mövsümünün reytinqlərinin çox aşağı olmasıdır. İkinci mövsümdə ssenaristi, rejissoru, baş rolu və hekayəsi dəyişən serial gözləntiləri doğrultmayıb. Bergüzar Korelin baş rola gətirilməsi də azalan reytinqlərə təsir etməyib. Beləliklə, irəliləyən bölümlərdə “A.B.İ.”nin final etməsi gözlənilir. Onun yerinə isə Oktay Kaynarcanın "Hamal" serialının başlayacağı proqnozlaşdırılır.

Pərviz

0