Pelin Akil yeni serialla qayıdır

MƏDƏNİYYƏT
09:31 / 24.09.2026
201

Türkiyəli məşhur aktrisa Pelin Akil ekranlara qayıdır.

Hit.az xəbər verir ki, onun yeni layihəsi bəlli olub.

Sənətçi “Ölüm Bizi Ayıranadek” serialında çəkiləcək. Aktrisa ekran işində “Işıl” obrazına həyat verəcək. Adıçəkilən serial “TOD” platformasında yayımlanacaq və 10 bölümdən ibarət olacaq. Onun tərəf müqabili isə Tolgahan Sayışman olacaq.

Qeyd edək ki, 40 yaşlı oyunçu karyerası ərzində “Arka Sıradakiler”, “Kurt Kanunu”, “Seksenler”, “Suskunlar”, “Kızılelma”, “Çember”, “Eşkıya Dünyaya Hükümdar Olmaz”, “Ben Bu Cihana Sığmazam” və “Yalı Çapkını” kimi seriallarda çəkilib.

Pərviz

0