Oktay Kaynarca hər seriyadan nə qədər qazanır?

MƏDƏNİYYƏT
13:32 / 10.05.2023
690

Türkiyənin ATV kanalının təqdim etdiyi “Ben Bu Cihana Sığmazam” serialının baş rol oyunçusu Oktay Kaynarcanın bir aylıq qonorarı açıqlanıb.

HİT.az xəbər verir ki, serialda "Cezayir" obrazını canlandıran Oktay Kaynarca hər seriya üçün 125 000 min lirə (10 879 AZN) alır. 

Serial ay ərzində orta hesabla 4 həftə yayımlanır. Oktay Kaynarca ay ərzində serialdan 43 516 AZN qazanır.

Qeyd edək ki, bundan öncə Oqtay Kaynarca "Kurdlar Vadisi” və “Eşkiya dünyaya hökümdar olmaz” seriallarında çəkilib.

Azra

0