Gənc Tamaşaçılar Teatrı "Antiqona"nu hazırlayır

MƏDƏNİYYƏT
15:20 / 08.09.2023
482

Gənc Tamaşaçılar Teatrı 95-ci mövsümündə fransız dramaturqu Jan Anuyun "Antiqona" əsərinə müraciət edib.

Bu barədə Hit.az-a tamaşanın rejissoru Nofəl Vəliyev məlumat verib. 

Rejissor qeyd edib ki, “Antiqona” əsəri üzərində hazırlıqlara hələ ötən mövsümdən başlanılıb:

“Hazırda tamaşa üzərində məşq prosesinə başlanılıb. Noyabr ayında tamaşanın təhvil verilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, tamaşada Əməkdar artist Güşvər Şərifova, aktyorlar Kərəm Hadızadə, Aygün Fətullayeva, Anar Seyfullayev, Fəridə Qurbanova və başqa aktyorlar rol alıb.

Azra

0