Rada Nəsibova \"Bir qadın\"da rol alacaq

16:30 / 15.09.2023
563

Akademik Dövlət Dram Teatrının aktrisası Rada Nəsibova yeni teatr mövsümündə yeniliklərindən söz açıb.

Aktrisa Hit.az-a açıqlamasında bildirib ki, tamaşaçılar onu “Bir qadın” teleserialında Nərgiz obrazında görəcək:

“Bundan əlavə teatrda da rollarım var. Ötən mövsümdə rol aldığım “Şükriyyə” tamaşası da yenidən repertuardadır. Güman edirəm teatrın yeni müraciət etdiyi əsərlərdə də rollarım olacaq”.

Qeyd edək ki, “Bir qadın” serialının rejissoru Şahin Qəhrəman, senari müəllifi isə İlqar Fəhmidir.

Azra

0