Gənc Tamaşaçılar Teatrında yeni tamaşa

MƏDƏNİYYƏT
15:04 / 04.10.2023
588

Gənc Tamaşaçılar Teatrı yeni əsərə müraciət edib.

Teatrın rejissoru, Əməkdar artist Nicat Kazımov Hit.az-a açıqlamasında bildirib ki, yaxın günlərdə balaca tamaşaçılar üçün yeni bir tamaşaya baxış keçiriləcək.

“Müharibə mövzusunda “Balaca kişilər” adlı yeni bir tamaşa təhvil verdim. Hazırda isə Abdilla Şaiqin “Tık-Tık xanım” tamaşasını hazırlayıram. Tamaşa yeni quruluşdadır”, deyə Nicat Kazımov bildirib.

Rejissor qeyd edib ki, yeni teatr mövsümündə hansı əsərlərə müraciət olunacağıilə bağlı planlar dekabr ayında bəlli olacaq.

Azra

0