Xalq artistinin səhhətində problem yaranıb: “Gözlərim şişir"

MƏDƏNİYYƏT
12:20 / 17.11.2023
472

Xalq artisti Ənvər Həsənovun səhhətində problem yaranıb.

Bu barədə Hit.az-a aktyorun özü məlumat verib. 

O bildirib ki, havaların kəskin dəyişməsi onun səhhətinə təsir edir:  

“Gecələr yata bilmirəm. Buna görə də gözlərim şişir. Özümüm halsız hiss edirəm. Müalicə olunuram. Masanın üstündən dərman əskik olmur, hər gün ovuc-ovuc dərman içirəm”. 

Ənvər Həsənov hazırda bir neçə çəkiliş işləri olduğunu qeyd edib:

“Səhhətim düzəlmir ki, evdən çıxam, yarımçıq işlərimi bitirəm”.

Azra

0