"Yalandan "öldü" xəbərini yayırlar" - Xalq artisti

MƏDƏNİYYƏT
17:48 / 09.04.2024
659

“Bir də görürsən, jurnalist zəng edir ki, eşitmişəm,  xəstələnmisiniz, keçmiş olsun. Bir də görürsən kiminsə haqqında yalandan “öldü” xəbərini yayırlar. Uydurma xəbərləri kim yayır bilmirəm. Bu əsəblərimə toxunur. Niyə məşhur adamların, sənətkarların ölməyini, xəstələnməyini gözləyirsiniz, kimə nə edirik biz,  nə üçün yaxşı şeylərdən yox, pislərdən yazırsınız?”

Bu fikirləri Hit.az-a Xalq artisti Arif Babayev səsləndirib:

"Jurnalsit gərək müsahibə, açıqlama alanda qarşısındakını yaxşı tanıya, boş suallar verməyə, insanı qıcıqlandırmaya. Cəmiyyət mənəvi  cəhətdən uçurumun kənarındadır, onu yazarlar, media xilas eləməlidir. Bu kimi işlərlə, boş-boş xəbərlərlə insanların beynini qarışdırmaq düzgün deyil”, deyə o bildirib.

Murad

0