"Tez-tez xarici ölkələrə qastrol səfərlərinə gedirik. Bizim tamaşaçılarımız balacalardır. Düzdür, onların qarşısına çıxanda həyəcanlanmırıq, lakin onları inandırmaq üçün çox səy göstərməli oluruq. Yeni nəsil uşaqları indi tam başqadır.Onları aldatmaq, inandırmaq çətindir. Həm bildikləri nağıllar əsasında tamaşalar olanda onlar demək olar ki, bizimlə birgə rol oynayırlar. Sadəcə biz səhnədə, onlar isə tamaşaçı salonunda”.
Bu fikirləri Hit.az-a Kukla teatrının aktrisası Aygül Ağayeva səsləndirib:
“Xarici ölkələrdə uşaqlar daha interaktiv olurlar. Bizim uşaqlara sual verməsən, cavab vermirlər. Amma daha dəcəl, daha hay-küyçü tamaşaçılar da bizim tamaşaçılarımızdır, yəni uşaqlar. Uşaqlarla işləməyi, tamaşalar hazırlamağı sevirəm. Bura nağıllar dünyasıdır. Bu dünyaya girəndə bütün çətinliklər, problemlər divarların o tayında qalır. Bəlkə elə buna görə öz nağıl dünyamdan ayrılmaq istəmirəm”,- deyə o əlavə edib.
Murad