Türkiyənin əfsanəvi seriallarından olan “Kurtlar Vadisi”nin unudulmaz aktyorları illər sonra eyni filmdə çəkilirlər.
Hit.az xəbər verir ki, söhbət böyük marağa səbəb olan “Cerrahpaşalılar” filmindən gedir.

Layihədə “Kurtlar Vadisi”nin “Halit”i Özcan Varaylı, “Kılıç”ı Atilla Olgaç, “Ersoy Ulubey”i Ümit Acar rol alır. Filmdə İstanbulun qocaman kriminal avtoritetləri ilə yeni nəsil mafiya qruplaşmaları arasındakı mübarizədən bəhs olunacaq.

Filmdəki “böyük masa” ətrafında isə Ümit Acar, Atilla Olgaç, Levent Çakır və Melih Çardak kimi ustad aktyorlar toplanacaq. Yeni nəsil mafiyanı isə “Savaş” obrazı ilə gənc aktyor Erdem Kaynarca təmsil edəcək.
Pərviz


