Türkiyənin “Star” telekenalının yeni başlayacaq serialı “Düğünümüz Var”da gözlənilməz ayrılıq yaşanıb.
Hit.az xəbər verir ki, məşhur aktrisa Şükran Ovalı layihədən ayrılıb.
Onun həyat verəcəyi obrazda bəzi dəyişikliklər olacağı üçün qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. Serialın çəkilişlərinə isə bu ayın ortasında start veriləcək.
Qeyd edək ki, “Düğünümüz Var”da Binnur Kaya, Şevval Sam, Eda Ece, Buğra Gülsoy, Yasemin Ergene, Enis Arıkan və Cengiz Bozkurt kimi məşhur sənətçilər çəkiləcək.
Aslan


