Türkiyəli məşhur müğənni Gökhan Özen Azərbaycana gələcək.
Hit.az xəbər verir ki, sənətçi paytaxtımızda konsert verəcək.
O, 8 mart Beynəlxalq Qadınlar Günündə Bakıda çıxış edəcək. Sözügedən tədbir Bakı Konqres Mərkəzində keçririləcək. Saat 20:00-da başlayacaq konsert 90 dəqiqə davam edəcək. Bilet qiymətləri isə 35 manatdan 185 manata qədərdir. İfaçı sevilən hit mahnılarını ölkəmizdəki pərəstişkarları qarşısında canlı səsləndirəcək.
Pərviz


