"Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil".
Qaynarinfo xəbər verir ki, bu sözləri Rəşid Behbudovun kürəkəni "Space" TV-nin keçmiş icraçı direktoru Kamil Şahverdiyev "AStar" layihəsinə qonaq oalrkən deyib.
O bildirib ki, Rəşid Behbudovun müəlliflik hüquqları saxta sənədlərlə mənimsənilib, daha sonra müxtəlif ölkələrdə satılıb:
"Türkiyədə hansısa işbazlar bizim yerli işbazlarla hörümçək toru kimi bir plan quraraq onun müəlliflik hüquqlarını saxta sənədlərlə mənimsəyiblər. Daha sonra Türkiyədən İngiltərəyə, İngiltərədən ABŞ-yə, oradan da Yunanıstana satılıb. Təsəvvür edin ki, bu, çox biabırçı bir vəziyyətdir. Amma biz artıq bu məsələnin axırına çıxırıq".
Ətraflı videoda:


