Hikmət Hacıyev: Ermənistanın siyasi-hərbi rəhbərliyi panikadadır…

SİYASƏT
14:03 / 05.10.2020
823

Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və digər şəhərlərinin insanların sıx məskunlaşdığı ərazilərini raket atəşinə tutur.

HİT.Az bildirir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter” hesabındakı paylaşımında belə deyilir.

Prezidentin köməkçisi qeyd edib ki, bu, barbarlıqdır, vandalizmdir, Ermənistan siyasi-hərbi rəhbərliyinin zəifliyini və panikada olduğunu göstərir.

0