Hər gün yeni mövqelər azad edirik - İlham Əliyev

SİYASƏT
14:34 / 12.10.2020
810

"Hər gün biz yeni mövqelər azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun, şəhər olsun. Təpə, dağ da kənd, şəhər qədər önəmlidir". 

HİT.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Haber Global telekanalına müsahibəsində deyib.

"Biz şəhərlərə onsuz da qayıdacağıq. Bizim üçün əsas məsələ strasteji yüksəklikləri almaqdır. İndi Hadrutun bütün ətrafı bizim nəzarətimiz altındadır. Şəhərə də biz baxırıq. Amma şəhərə girib-girməmək başqa məsələdir. Bizim qarşımızda hazırda belə bir siyasi vəzifə yoxdur ki, mütləq bu gün buranı, sabah oranı azad etdiyimiz deyək. Bəzi hallarda biz kəndləri, şəhərləri azad etdikdən bir-iki gün sonra açıqlama veririk. Bunun da taktiki səəbləri var. Ona görə status-kvo, təmas xətti yoxdur. Ermənilərin uydurduğu yenilməz ordu əfsanəsi yoxdur. Biz göstərdik ki, kim kimdir. Ona görə də bu reallıqlarla həm Ermənistan hesablaşsın, həm havadarlar, həm də bütün dünya hesablaşsın. Bizə dur deyənlər bilməlidirlər ki, dura bilərik. Biz də istəmirik qan tökülsün. Amma ondan sonra gərək siyasi mərhələ başlasın".

0