Norveç Arktikada neft və qaz hasilatından imtina etməyəcək

DÜNYA
17:17 / 24.08.2026
34

Norveçin energetika naziri Terye Osland ölkənin Avropa İttifaqının Arktikada faydalı qazıntı yataqlarının işlənməsinə tətbiq etdiyi moratoriyaya baxmayaraq, Barens dənizində neft və qaz hasilatını davam etdirəcəyini bildirib.

HİT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Hazırkı geosiyasi və təhlükəsizlik şəraitində Barens dənizində fəaliyyətin davam etdirilməsi həm Norveçin, həm də Avropanın maraqlarına xidmət edir”, deyə Osland vurğulayıb.

O əlavə edib ki, Norveç Avropaya uzunmüddətli neft və qaz tədarükçüsü olaraq qalmaq istəyirsə, Arktika gündəmdə saxlanılmalıdır.

Nazirin sözlərinə görə, Norveç Barens dənizində resursların hasilatını davam etdirəcək, bundan sonra isə Aİ bu regionda çıxarılan neft və qazın alınmasına “moratoriyа” tətbiq edib-etməyəcəyinə qərar verəcək.

Avqustun 20-də Avropa Komissiyasının nümayəndəsi Eva Xrçinova Brüsseldə keçirilən brifinqdə bildirib ki, hazırda Avropa İttifaqı qazın əsas hissəsini iki ölkədən – Norveç və ABŞ-dan alır.

Arktika nəhəng neft, qaz və digər təbii ehtiyatlara malik olduğuna görə qlobal iqtisadiyyat üçün strateji əhəmiyyət daşıyan regionlardan biridir. Şimal dəniz yolu da bölgənin müxtəlif dövlətlər üçün cəlbediciliyini artırır. Bu səbəbdən Arktikada rəqabət getdikcə güclənir.

Samir
 

0