Ağıllı insanlar hansı rəngi daha çox seçir? - Alimlər gözlənilməz nəticə açıqladı

MARAQLI
15:15 / 24.08.2026
35

İnsanların sevdiyi rəngin sadəcə şəxsi zövqlə bağlı olmadığı, müəyyən psixoloji xüsusiyyətlərlə əlaqəli ola biləcəyi bildirilir. Məlumata görə, yüksək intellekt göstəricisinə malik insanların daha çox sakit və göz yormayan rənglərə üstünlük verdiyi iddia olunur.

HİT.az xəbər verir ki, Britaniya Kolumbiyası Universitetində aparılan araşdırmalara istinadən, yüksək intellektli insanların sevimli rəngləri arasında ən çox mavi rəngə rast gəlinir. Bu rəng sakitlik və genişlik hissi yaratdığı üçün stressi azaltmağa və diqqəti toplamağa kömək edə bilər.

Mütəxəssislərin fikrincə, mavi rəng insanın daha uzun müddət diqqətini bir işə yönəltməsinə, abstrakt düşüncəyə və yaradıcı ideyaların formalaşmasına əlverişli mühit yarada bilər.

Yüksək intellektli insanların üstünlük verdiyi digər rəng isə yaşıl hesab olunur. Xüsusilə tünd və sakit yaşıl tonların göz üçün daha rahat olduğu, sinir sistemini çox yükləmədiyi və diqqətin qorunmasına kömək etdiyi qeyd edilir.

Bunun əksinə olaraq, parlaq qırmızı və narıncı kimi intensiv isti rənglərin uzunmüddətli konsentrasiyanı çətinləşdirə biləcəyi bildirilir. Belə rənglərin diqqəti daha tez yayındırdığı və hissi yorğunluq yarada bildiyi vurğulanır.

Araşdırmalara dair materiallarda mavi və yaşıl rənglərə üstünlük verilməsinin insan beyninin daha sakit və harmonik mühitə ehtiyacı ilə əlaqəli ola biləcəyi qeyd olunur.

Qeyd edək ki, rəng seçimi ilə intellekt səviyyəsi arasında birbaşa və qəti əlaqə olduğunu təsdiqləyən elmi nəticələrə ehtiyatla yanaşmaq lazımdır. İnsanların rəng zövqünə mədəniyyət, şəxsi təcrübə, yaş və digər amillər də təsir edə bilər.

Samir
 

0