Yataq otağında tozdan necə qurtulmaq olar?

MARAQLI
19:19 / 24.08.2026
40

Təmizlik üzrə ekspertlər evdə tozun yığılmasını azaltmağın və təmizliyə sərf olunan vaxtı azaltmağın sadə yolunu açıqlayıblar. Tom's Guide yazır ki, məsələ xüsusilə yataq otağında əsas toz toplayıcısına çevrilən bir dekor əşyasındadır.

HİT.az xəbər verir ki, "Bensons for Beds" şirkətinin eksperti Cemma Henriyə görə, yataq otağındakı xalça tozun əsas səbəblərindən biridir. Xalçaların əksəriyyəti çarpayının altında yerləşir və bu səbəbdən onların böyük hissəsi nadir hallarda tozsoranla təmizlənir. Bu isə tozun yığılmasına və allergiyanın yaranmasına şərait yaradır.

"Xalçalar, pledlər, yumşaq mebellər – bütün bunlar xoş və rahat atmosfer yaradır, lakin eyni zamanda əla toz toplayıcılarıdır. Əgər ciddi problemlər və ya allergiya ilə üzləşirsinizsə, tekstil əşyalarınıza yenidən nəzər salmağın vaxtı çatıb", – Henri bildirib.

Əgər yataq otağında xalçadan istifadə etmək istəyirsinizsə, onu ya asanlıqla silkələyib tozunu çıxara biləcəyiniz qədər kiçik seçin, ya da paltaryuyan maşında yuyula bilən modelə üstünlük verin.

Daha nələr kömək edir?

1. Yataq dəstlərini tez-tez yuyun

Yataq dəstlərini həftədə bir dəfə, xüsusilə yay aylarında yumaq lazımdır. Eyni qayda yastıq üzləri, örtüklər və digər yumşaq dekor elementlərinə də aiddir. Döşək üzünü də unutmaq olmaz.

2. Digər tekstil məhsullarını təmizləyin

Pərdələr də toz toplayır. Onları hər açıb-bağladıqda yığılmış toz döşəməyə tökülə bilər.

3. Döşəyi mütəmadi təmizləyin

Yataq dəstlərini bir neçə dəfə dəyişdikdən sonra əl tozsoranı ilə döşəyi təmizləmək məsləhətdir. Eyni vəziyyətdə qaldığı üçün döşək əsl toz maqnitinə çevrilə bilər.

4. Yataq otağı üçün hava təmizləyicisi alın

Hava təmizləyicisi daha yaxşı yatmağa kömək etməklə yanaşı, allergiyası olanlar, it saxlayanlar və yataq otağında xalça örtüyü olan insanlar üçün də faydalı ola bilər.

Daha əvvəl ekspertlər yataq dəstini su ilə qarışdırılmış sirkə məhlulu ilə çiləməyi məsləhət görmüşdülər. Bu üsul, xüsusilə havalandırması zəif olan və ya ev heyvanlarının yaşadığı mənzillərdə yuyulmalar arasında yataq dəstini təravətləndirməyə kömək edə bilər.

Samir

0