Əməkdar artist Teymur Əmrah konsert verməyə hazırlaşır.
Hit.az xəbər verir ki, sənətçi Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.
O, “Yubiley konserti” ilə ardıcıl iki gün pərəstişkarları qarşısında çıxış edəcək. Sözügedən tədbir 3-4 sentyabrda baş tutacaq. Saat 20:00-da başlayacaq konsertlər 90 dəqiqə davam edəcək. Bilet qiymətləri isə 25 manatdan 125 manata qədərdir. Teymur Əmrah unudulmaz mahnılarını səhnədə canlı ifa edəcək.
Pərviz


