Qarabağda döyüşən eks-deputatın oğlu məhv edildi, özü ağır yaralandı

SİYASƏT
13:28 / 16.10.2020
4237

Qarabağda gedən döyüşlərə qatılmış Ermənistan parlamentinin eks-deputatı, “Çiçəklənən Ermənistan” partiyasının üzvü Rüstəm Qasparyan ağır yaralanıb.

Ermənistan KİV-i xəbər verir ki, deputatın oğlu isə döyüşlərdə Ordumuz tərəfindən məhv edilib.

“Çiçəklənən Ermənistan” partiyasının üzvü Araik Aqababyan isə eks-deputatın ağır vəziyyətə olduğunu, gecə əməliyyat edildiyini söyləyib.

Onların döyüşlərin 2-ci günü cəbhəyə könüllü yollandıqları məlumdur.

1
Modern.az