Düşmənin Xankəndi yaxınlığındakı silah-sursat anbarı PARTLADI

SİYASƏT
13:16 / 06.11.2020
1252

Düşmənin Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub. Alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib.

HİT.Az xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi.

0