Müharibə vaxtı bütün xalq “Bayraktar” barədə düşünürdü - Erməni deputatdan etiraf

SİYASƏT
16:46 / 01.02.2021
1491

Ermənistan parlamentinin deputatı, müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryanın çıxışı mübahisə yaradıb.

Deputat həmkarları ilə birlikdə, Türkiyə istehsalı olan “Bayraktar” dronlarına qarşı mübarizə barədə gecə-gündüz fikirləşdiklərini söyləyib.

“Müharibə vaxtı bütün xalq “Bayraktar” barədə düşünürdü. Hamı səmanın qorunmadığını deyirdi. Biz – parlament deputatları gecə-gündüz "Facebook"dan çıxmır, buna qarşı tədbir görməyimiz barədə düşünürdük. Amma gərək bu barədə vaxtında düşünmək lazım idi”,  - deyə deputat deyib.

0
Modern.az