Keçmiş məhkumkar külli miqdarda natkotiklə tutuldular

ÖLKƏ
11:29 / 26.09.2026
38

Yardımlıda üç nəfərdə 16 kq narkotik vasitə aşkarlanıb.

DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan HİT.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib.

Tədbirlərlə hər üçü əvvəllər məhkum olunmuş V. Şahbazov, İ. Abışov və N. Məmmədli saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 16 kiloqram nakrotik və 1340 ədəd narkotik tərkibli həb aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

0