Rusiyaya qarşı "Əsrin qərarı" - Qərb tarixi bir yol ayrıcında

SİYASƏT
23:04 / 09.02.2021
2266

Avropa İttifaqı diplomatiyasının rəhbəri Cosep Borrel, Avropa Parlamentinin iclası zamanı Rusiyaya qarşı "Əsrin qərarı"nın anonsunu edib. 

HİT.Az-ın məlumatına görə, Qərbin Moskva ilə münasibətlərdə "tarixi bir yol ayrıcında" olduğunu deyən Borrel, Avropanın "əməkdaşlıq" və "qarşıdurma" arasında seçim etməli olduğunu vurğulayıb.

“Edəcəyimiz seçim əsrin beynəlxalq güc dinamikasını təyin edəcək. Taleyüklü "Əsrin qərarı" fevralın 22-də keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşündə və mart Sammitində müzakirə olunacaq", - deyə Borrel bildirib.

Eyni zamanda diplomat vurğulayıb ki, Qərb Moskva ilə uzunmüddətli qarşıdurmadan çəkinməli və Rusiya vətəndaş cəmiyyətinə dəstək verməlidir.

1