Azərbaycan və Türkiyə tankçıları hədəflərə birgə atəş açır, sərrast vurur - VİDEO

SİYASƏT
19:10 / 10.02.2021
733

Türkiyənin Milli Müdafiə Nazirliyi Qarsda davam etməkdə olan “Qış-2021” Türkiyə-Azərbaycan birgə təlimlərinə dair yeni görüntüləri paylaşıb. Görüntülərdə tankların və artilleriya qurğularının sərt qış şəraitində şərti hədəflərə sərrast zərbələr endirməsi əks olunur. Təlimlərə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun T-90 tankları və özüyeriyən artilleriya qurğuları qatılıb. Onlar təlimlərin keçirildiyi şəraitə uyğun olaraq ağ rəngdə boyanıblar.

Digər görüntülərdə isə Türkiyə ordusunun “Atak” hücum vertolyotlarının hədəflərə zərbə endirməsi əks olunur. Təlimlərin bu mərhələsində iki ölkənin xüsusi təyinatlı qüvvələri dağlıq şəraitdə şərti düşmənə qarşı hücum əməliyyatını da yerinə yetiriblər.

 

0
Virtualaz.org