Tanınmış amerikalı analitik: “Ukrayna müharibədə uduzacaq, Rusiya Moldovanı işğal edəcək” - VİDEO

SİYASƏT
13:48 / 06.05.2023
706

“Ukrayna öz ərazi bütövlüyünü bərpa edə və Rusiya ilə müharibədə qalib gələ bilməyəcək”.

Haqqın.az xəbər verir ki, bu sözləri tanınmış amerikalı analitik, Ceymstaun Fondunun eksperti Vladimir Sokor azərbaycanlı jurnalist Eynulla Fətullayevə müsahibəsində deyib.

Analitikin proqnozlarına görə, Rusiya Moldovanı da işğal edəcək. Onun fikrincə, Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücum əməliyyatı keçirmək üçün kifayət qədər qüvvəyə malik deyillər və Kiyev hazırda Rusiya qoşunlarının nəzarətində olan əraziləri itirməyə məhkumdur.

Vladimir Sokor qeyd edib ki, Vaşinqton Kremli yenidən danışıqlar masasına qaytarmalı olacaq. Və bu, təkcə Ukrayna məsələsi ilə bağlı olmayacaq, eyni zamanda Qarabağ probleminin yekun həllini də nəzərdə tutacaq.
Ukraynaya gəlincə, Sokor əmindir ki, Ukrayna Qərbin qurbanıdır. Və Çinin artan təhlükəsi qarşısında ABŞ mərkəzdənqaçma qüvvələrinin sürətləndirilməsində və Rusiyanın parçalanmasında maraqlı olmayacaq.

Buna baxmayaraq amerikalı analitik Ukraynanın parçalanması variantını da istisna etmir. Onun fikrincə, Rusiya ölkəni ələ keçirməklə bağlı ilkin strategiyadan imtina edib. Kremlin yeni strategiyası isə Ukrayna adlı ölkənin məhv edilməsidir.

0