Hikmət Hacıyev BMTİP-nin əməkdaşları ilə görüşdü - FOTO

SİYASƏT
18:40 / 28.02.2024
360

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı ofisinin əməkdaşları ilə görüşüb.

HİT.az-ın məlumatına görə, bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandra Rokkasalvo “X”də yazıb.

"Azərbaycan Prezident Administrasiyası ilə BMT İnkişaf Proqramı arasında güclü əməkdaşlıq... 2024-cü il bizim üçün gərgin il olacaq. Biz buna hazırıq", - o qeyd edib.

 

0