Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı

İQTİSADİYYAT
13:28 / 25.09.2026
43

"Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün Dövlət Proqramı yeni qəbul olunub və hazırda onun icrasına başlanılır".

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

O bildirib ki, icra prosesi davam etdikcə ölkədə məhsul, ət istehsalının artımına nail olmağa çalışılacaq:

"Ət istehsalı da artdıqca, qiymət daha da stabilləşəcək".

0