Azərbaycan və Türkiyə prezidentləri Ankaranın Esenboğa Hava Limanında görüşdülər - YENİLƏNİB

15:56 / 10.06.2024
539

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 10-da Ankaranın Esenboğa Hava Limanında görüşüblər.

Bu barədə "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir.

14:51

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gedib.

HİT.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və digər rəsmi şəxslər qarşılayıblar.

0