BMT həbsdə olan güney azərbaycanlı vəkilin səhhətindən narahatdır

SİYASƏT
23:34 / 25.10.2024
358

BMT həbsdə olan Güney Azərbaycandan olan vəkil Tahir Nəqəvinin sağlıq vəziyyətindən narahatdır.

HİT.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Qeyd edilib ki, BMT-nin insan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Meri Lavlor bu barədə bildirib.

Onun sözlərinə görə, Evin zindanında saxlanılan hüquqşünas və ictimai fəal Tahir Nəqəvinin səhhəti narahatlıq doğurur.

Meri Lavlor sosial şəbəkə səhifəsində yazıb: "Vəkil Tahir Nəqəvi xəstəxanada müalicə olunmur. O, təhlükəli məhbusların saxlanıldığı yerdə yerləşdirilib. Bu, onun təhlükəsizliyi üçün ciddi narahatlıq yaradır. İran hökuməti onun təhlükəsizliyi üçün zəmanət verməlidir".

Qeyd edək ki, ötən günlərdə Tahir Nəqəvi həbsxana paltarı geyinməyə və qandal taxmağa qarşı çıxdığı üçün xəstəxanaya göndərilməyib.

0