İlham Əliyev Azərbaycanla Özbəkistan arasında iki sənədi təsdiqlədi

SİYASƏT
15:47 / 17.11.2026
30

Azərbaycan və Özbəkistan arasında iki sənəd təsdiqlənib.

HİT.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunları imzalayıb.

Belə ki, 2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş" və "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" təsdiq edilib.

0