Numeroloqlar başqalarına ilham verən insanların doğum tarixlərini açıqladı

MARAQLI
13:14 / 17.11.2026
38

Bəzi insanlar ətrafındakılara fərqində olmadan müsbət təsir göstərir, onları daha cəsarətli olmağa, hədəflərinə çatmağa və öz üzərində işləməyə ruhlandırırlar. Numeroloqlar belə xüsusiyyətlərə malik insanların doğum tarixlərini dörd qrupa ayırıblar.

HİT.az xəbər verir ki, bu barədə “Parade” məlumat yayıb.

Numeroloqların fikrincə, insanın doğulduğu ayın günü onun xarakteri və başqalarına təsiri ilə bağlı müəyyən xüsusiyyətlər daşıyır. Bu yanaşmada ikirəqəmli tarixlər rəqəmlərin cəmlənməsi yolu ilə birrəqəmli ədədə endirilir.

1, 10, 19 və 28-də doğulanlar – öncüllər

Bu tarixlərdə doğulanlar numerologiyada liderlik və yeni başlanğıclarla əlaqələndirilən 1 rəqəminin təsiri altında hesab olunur. Onlar təşəbbüs göstərməkdən çəkinmir, risk etməyə və başqalarının cəsarət etmədiyi addımları atmağa meyilli olurlar. Bu xüsusiyyətləri ətrafdakılara da öz arzularının arxasınca getmək üçün stimul verir.

3, 12, 21 və 30-da doğulanlar – ruhlandırıcı insanlar

Bu qrupa aid edilən şəxslər ətrafdakılara dəstək vermək, onları həvəsləndirmək və uğura inandırmaq bacarığı ilə fərqləndirilir. Numerologiyada bu tarixlər Yupiterlə əlaqələndirilir. Belə insanların uğuru yalnız şəxsi nailiyyətləri ilə ölçülmür, onlar yaxınlarının da inkişaf etməsini istəyirlər. Çətin anlarda ətrafdakılara müsbət enerji ötürə bilirlər.

5, 14 və 23-də doğulanlar – bilik paylaşanlar

Numeroloqlar bu tarixlərdə doğulanları ünsiyyət və öyrətmək qabiliyyəti ilə seçilən insanlar kimi xarakterizə edirlər. Onlar fikirlərini aydın ifadə edir, mürəkkəb məsələləri sadə şəkildə izah etməyi bacarırlar. Bu səbəbdən müəllimlik, söhbət və bilik mübadiləsi vasitəsilə başqalarına təsir göstərdikləri düşünülür.

9, 18 və 27-də doğulanlar – mərhəmətli insanlar

Bu tarixlərdə dünyaya gələnlər numerologiyada şəfqət, fədakarlıq və ədalət hissi ilə əlaqələndirilir. Onlar başqalarının problemlərinə biganə qalmır, haqsızlığa qarşı çıxmağa və ehtiyacı olanlara dəstək göstərməyə meyilli hesab olunurlar. Öz dəyərlərinə sadiq qalmaları ətrafdakılara da nümunə ola bilər.

Samir

0