Neftçalada quldurluq edən iki nəfər saxlanılıb.
HİT.az DİN-in Mətbuat xidmətinin Şirvan Regional bölməsinə istinadən xəbər verir ki, Neftçalada ev sahibinə qarşı quldurluq edilməsi və 11 000 manat pulun talanması barədə polisə məlumat daxil olub. Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Q.Talıbov və N.Muxtarov saxlanılıblar.
Araşdırmalarla saxlanılan şəxslərin quldurluq faktını qabaqcadan planlaşdırdıqları və əldə etdikləri pul vəsaitlərini aralarında böldükləri müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, Q.Talıbov və N.Muxtarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


