Duş kisəsi təhlükəli bakteriyaların mənbəyinə çevrilə bilər

SAĞLAMLIQ
13:50 / 17.11.2026
32

Duş zamanı istifadə edilən adi kisələr zamanla sağlamlıq üçün potensial təhlükə yaradan bakteriyaları toplaya bilər. Mütəxəssislər bu səbəbdən onların əvəzinə silikon kisələrdən və yumşaq dəsmallardan istifadə etməyi tövsiyə edirlər.

HİT.az xəbər verir ki, bu barədə “The Coolist” məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, ənənəvi lif kisələrin sıx və məsaməli quruluşu bakteriyaların toplanması və çoxalması üçün əlverişli şərait yaradır. Dəri üzərində olan stafilokok bakteriyaları istifadə zamanı kisəyə keçir və zamanla onun səthində bakteriyaların möhkəmlənməsinə kömək edən yapışqan təbəqə əmələ gətirə bilər.

Klivlend Klinikasının infeksion xəstəliklər üzrə mütəxəssisi Donald Damford da bu cür vasitələrdə bakteriyaların toplana biləcəyini bildirib. Onun sözlərinə görə, kisələrdə stafilokoklarla yanaşı, bağırsaq çöplərinə də rast gəlinə bilər.

Dermatoloqlar daha gigiyenik alternativ kimi silikon kisələrdən istifadəni məsləhət görürlər. Bildirilir ki, silikonun məsaməsiz və hamar səthi bakteriyaların çoxalması üçün daha az əlverişli mühit yaradır. Bundan başqa, belə kisələri təmizləmək də daha asandır.

Digər alternativ isə yumşaq dəsmallardır. Mütəxəssislər onların dərini daha az zədələdiyini, sürtünmə nəticəsində yaranan xırda kəsik və qıcıqlanma riskini azaltdığını qeyd edirlər.

Bununla belə, mütəxəssislər silikon kisələrin də mütəmadi təmizlənməsinin vacibliyini vurğulayırlar. Çünki məsaməsiz səth bakteriyaların çoxalması ehtimalını azaltsa da, bu vasitələrin tamamilə bakteriyasız qalacağına zəmanət vermir.

Samir

0