“Koronavirus ABŞ kəşfiyyatının ən böyük əməliyyatıdır” - SENSASİON İDDİA

SİYASƏT
16:00 / 05.07.2020
2971

Bəzi böyük korporasiyaların rəhbərləri də daxil olmaqla, qarşıdakı üç ayda tanınmış siyasətçilər, məşhurlar və şirkət rəhbərləri, o cümlədən Corc Soros kimi qlobal maliyyəçilər qrupu, Birləşmiş Millətlər Təşkilatının səlahiyyətliləri istefaya məcbur olacaqlar...

Koronavirusla bağlı ən müxtəlif versiyalara daha biri də əlavə olunmaqdadır. İlk baxışdan indi oxucular üçün nəql ediləcək hadisəni (mənbə: kp.ru) oxuduqca “bunların koronavirusa nə dəxli var?” deyəcəyəniz şübhəsizdir. Amma koronavirus pandemiyası dünyanı hazırda elə bir vəziyyətə gətirib ki, böyük pulların, siyasətçilərin və ən əsası böyük sirlərin toplandığı mərkəzlərdən şübhələnməmək də olmur. Bu səbəbdən sizə təqdim edəcəyimiz materialı diqqətlə oxumanızı məsləhət bilirik. Qeyd edək ki, sizə təqdim olunan bu varsayım hazırda Qərb konspiroloqlarının diqqət yetirdiyi versiyalardan hesab oilunur.

Milyarder Ceffri Epşteynin həbsi

Beləliklə, koronavirusun dünyaya ayaq açmağa hazırlaşdığı bir vaxtda-ötən ilin iyul ayının 6-da ABŞ-da bir sensasion həbs gerçəkləşir. Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Fransadan ABŞ-a qayıdan məşhur milyarder Ceffri Epşteyni Nyu-Cersi aeroportunda həbs edir. Ona uşaqbazlıq, cinsi istismar və insan alveri ittihamı elan olunur. Bu ittihamlarla onu 45 il cəza gözləyirdi.

Onun həbsi nə media, nə onu tanıyanlar üçün yenilik olmur. Çünki 2005-ci ildə də Ceffri eyni ittihamlarla saxlanılmış və gözlənilmədən “istintaqla əməkdaşlığa razılıq vermiş” və sonda ilyarımlıq yüngül cəza ilə canını qurtarmışdı.

Bu dəfə isə onun havadarlarının istintaqın gedişatına bir daha təsir göstərə bilməmələri üçün FTB onun üzərindəki bütün “çirkləri” mətbuata tökməyə başladı. Bir həftə sonra ABŞ-ın əmək naziri, sabiq prokuror Akosta istefa verdi. Çünki məlum oldu ki, 2005-ci ildə, vaxtilə Ceffri həbs edilərkən, prokuror məhz Akosta olmuşdu və həmin “istintaqla əməkdaşlıq” deyilən saziş qanunsuz bağlanmış, böyük bir şəbəkə diqqətdən kənarda qalmışdı.

Epşteynin telefon kitabçasındakı adlar: baş nazirlər, səfirlər, şahzadə Endryü...

Ceffrinin həbsi ilə dərhal maraqlı faktlar üzə çıxmağa başladı. Məlum oldu ki, Ceffri 14-16 yaşındakı qızları nəinki istismar edib, həm də onları özünün nüfuzlu siyasətçi, varlı dostları ilə “bölüşüb” də. Onun iqamətgahında azyaşlı və yeniyetmələrlə eşqbazlığa dair böyük bir video və foto arxiv tapdılar. Orgiyalar yalnız milyarderin Manhettendəki iqamətgahında, “Zorro” rançosunda deyil, Karib dənizindəki şəxsi Müqəddəs Ceyms adasında- ona “pedofillər adası” da deyirmişlər - olub. Gizli kameralar qurulmuş yerlərdə seks əyləncəsi çəkilişləri isə varlı və tanınmış pedofillərin mümkün şantajına görə qeydə alınıb. O da məlum olub ki, qonaqlar və qızlar oraya Ceffrinin uzun illərdir sevgilisi olan, keçmiş “dördlü ukraynalı agentin” qızı Qislen Makvellinin adını daşıyan yaxta ilə gətiriliblər.

Qislen Makvellin Epşteynlə sabiq prezident Billi Kintonun qızı Çelsinin toyunda tanış olmuşdular və o, ilk görüşdən özündən 9 yaş böyük olan milyarderə vurulmuşdu. Mossad, “KQB”, Mİ-6 və MKİ ilə əlaqələri olan atasını İsrail kəşfiyyatı dənizdə boğandan sonra o, Epşeytdən daha əl çəkmədi. Onunla evlənməyəcəyini, uşaqbazlıq və çox gənc qızlara marağını bildikdən sonra isə əsas “icraçı” olmağa razılıq verdi.

Ceffrinin təkcə yaxtası deyil, şəxsi “Boeinq”i də lüks çarpayılarla təchiz olunmuşdu. Ələ keçən qeydlərdən məlum oldu ki, “uçan sevgi layneri”ndə məsələn, Bill Klinton 26 dəfə qonaq olub.

Epsteynin "qara telefon kitabı" isə əsl sensasiya yaratdı. Dəftərçədə yüzlərlə əlaqə nömrəsi vardı. Kimlərin? İngiltərə, İspaniya, İsrailin sabiq baş nazirləri, Səudiyyə şahzadələrinin, Kennedi, Rokfeller və Rotşild klanlarının üzvləri, milyarderlər, siyasətçilər, elm adamları, səfirlər, Klintonun ondan çox köməkçisinin əlaqə telefonları... Daha kimlər? Maykl Cekson, Naomi Campbell, Madonna və başqa ulduzların əlaqə nömrələri...Dəftərçədə təkcə İngiltərə kraliçasının oğlu şahzadə Endryünün özünün və köməkçilərinin 15 telefon nömrəsi vardı.

Məşhur maliyyəçi, milyarderin dəftərində bu əlaqə nömrələri necə ola bilərdi?

Şahzadə Endryü

Əsas şahid şahzadə ilə bir yataqda...

Bu məqamda mətbuata ittiham şahidlərindən birinin - Viktoriya Robertsin ifadələri sızdırıldı. 15 yaşında o, Epsteynin "masajçısı" kimi seks köləliyinə cəlb edilmişdi. Ceffri onu İngiltərə şahzadəsi Endryü və digər zəngin dostları ilə də "paylaşmışdı". Dediklərini sübut etmək üçün istintaqa Viktoriyanın Endryü ilə birlikdə olduğu fotoşəkili təqdim etdi. Sonra mediada şahzadənin Epşteyinin malikanəsində və bir milyarderlə gəzinti fotoları da yayımlandı. Artıq FTB-nin araşdırdığı istintaq məşhur pedofillərin beynəlxalq şəbəkəsinin ifşasına yönəlmişdi.

Viktoriya Roberts

Bu “xidmətləri” sayəsində Epşteyn ABŞ, Qərbi Avropa və Asiya-Sakit Okean bölgəsinin ən məşhur iş adamlarını və siyasətçiləri birləşdirən quruma üzv olmuş, ciddi əlaqələr qurmuşdu. Qazandıqları sayəsində o, həm Harvard Universitetinin əsas maliyyə sponsoru idi. Üstəlik, Klintonların əsas siması olduğu Demokratlar Partiyasına da səxavətlə maliyyə ayırırdı.Bu səbəbdən demokratlar onun həbsini siyasiləşdirməyə cəhd etdilər, amma ittihamların ciddi olduğunu görüb tez də geri çəkildilər.

Ceffrinin intiharı

Bu cinayət şəbəkəsi ilə bağlı ən kütləvi sızma 2019-cu ilin 9 avqustunda baş verdi. Epşteyn davasında təxminən iki min səhifəlik gizli sənədlər, o cümlədən telefon danışıqlarının mətni mətbuata ötürüldü.

Avqustun 10-da isə Manhetten Federal Həbsxanasının xüsusi blokundakı kamerada Ceffrinin cansız bədənini tapdılar. Hər yarım saatdan bir nəzarətçinin yoxladığı kamerada Ceffrinin özünü necə asması müəmma kimi qaldı. ABŞ-ın baş prokuroru Uilyam Barr etiraf etdi ki, Cefrinin özünü öldürməsi ilə bağlı şübhəli məqamlar çoxdur.

ABŞ-ın bir sıra sui-qəsd nəzəriyyəçiləri hələ də hesab edirlər ki, bu intiharda Bill və Hillari Klintonların əli var. Məşhur komediyaçı Terrens Uilyams Ceffrinin sui-qəsdindən ayyarım əvvəl belə bir “tvit” yazır: "Ceffri Epşteynin Klintonlara yaxın olduğunu bildik və indi onu intihar gözləyir!” Komediyaçının dediyi ayyarım sonra doğrulur...

Bütün sirləri bilən Qislen Maksvell FTB-nin əlində...

Epşteynin intiharından sonra nəzərlər bu işdə elə mərhum milyarder qədər məlumatlı olan Qisleyin Maksvellə yönəlir. Xəbər yayılır ki, o, Nyu-Yorkdakı villasını 15 milyona sayataraq yoxa çıxıb. Ümid edirdilər ki, yetkinlik yaşına çatmayanlarla cinsi cinayətlərə dair “əsrin istintaqı” təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar bağlanacaq.

Qislen Maksvell

Amma iki gün əvvəl-iyulun 2-də məlum olub ki, Maksvell FTB-nin əlindədir və istintaqla əməkdaşlıq etməyə razılaşıb. İyulun 2-də FTB rəsmisi Uilyam Suini bununla bağlı məlumat verib. İrəli sürülən ittihama görə onu 35 illik həbs gözləyir. Amma istintaqla əməkdaşlığa razılıq veribsə, bu yeni bir ifşa prosesinin başlanğıcı olacaq.

Koronavirus qərarını Tramp veribsə...

“Bəs, bu cinayət işi ilə koronavirusun nə əlaqəsi var?”, deyə, soruşursunuz. Məsələ belədir. 2017-ci ildən ABŞ-dakı konspiroloqlar “Qanon” adlı bir şəbəkədə toplaşıblar və bu şəbəkə hazırda da xeyli populyardır. Burada “Q” kimi təqdim olunan bir anonim mənbə özünü Trampın gizli məsləhətçisi adlandırır və tez-tez xalqa maraqlı məlumatlar ötürür. Həmin naməlum mənbə iddia edir ki, Klintonlar da daxil olmaqla, dünyanın bir çox siyasət, biznes adamlarının birləşdiyi satanist təşkilat var. Həmin təşkilatın himayəçilərindən olan Ceffri Epşteyn və dostları təkcə azyaşlıları yataqlarına girməyi məcbur etməklə kifayətlənməyiblər. Onlar azyaşlıların qorxu və ağrı hiss etdikləri zaman bədənlərindən ifraz olunan maddədən cavan qalmaq üçün ''adrenoxrom'' hazırlayıblar. İndi həmin iddia haqda. iddia olunur ki, Tramp pedofillərə və satanistlərə müharibə elan edib. Bu məqsədlə də FTB-yə ''adrenoxrom''a koronavirus yoluxdurmaq göstərişi verib. Yəni bilinsin ki, bu maddədən kimlər, hansı məşhur pedofillər istifadə edir. Kim yoluxarsa, demək satanistlərlə əlaqəsi var. İlk olaraq, ABŞ-da tanınmış aktyor Tom Xenks və xanımının koronavirusa yoluxması xəbəri yayıldı. Maraqlıdır ki, onun da adı Epşteynin “qara dəftərində” olub. Tom Xenks koronavirus ağırlaşmasında ölməyib və hazırda Avstraliyadadır, ABŞ-a qayıtmağa qorxur. ABŞ məhkəmə orqanları rəsmi olaraq York şahzadəsi Endryünün ifadələrini gözləyirlər.

Ən sonda

Belə bir versiya da var ki, Epşteyn ifşaedici ifadəsi müqabilində həbsxanada intihar etməyə “icazə verilib” və əslində o, sağdır. İddialara görə, bu istintaq çərçivəsində bəzi ən böyük korporasiyaların rəhbərləri də daxil olmaqla yaxın üç ayda təxminən 700-800 qalmaqallı istefa baş verəcək. Yenə həmin iddialara görə bu sıraya məşhur siyasətçilər, və şirkət rəhbərləri, o cümlədən Corc Soros kimi qlobal maliyyəçilər qrupu, Birləşmiş Millətlər Təşkilatının səlahiyyətliləri də daxildir. Bu iddiaların ssenari xəttinə görə, bəzi tanınmış din xadimləri də həbs ediləcək və ya istefa verməyə məcbur olacaqlar, yaxud da birdən-birə «xəstələnəcəklər». Vatikan bu yolda birinci olacaq və 2020-ci ildə Papa öz vəzifəsini tərk edəcək. Tramp isə yenidən prezident seçiləcək...

Beləliklə, Azərbaycandan kənarda cərəyan edən və kifayət qədər özünə müşahidəçi toplayan bir versiya ilə tanış oldunuz. Əlbəttə, biz heç bir halda iddia etmirik ki, özətini verdiyimiz bu versiyada göstərilənlər doğrudur. Ola bilər, bu iddialardan heç biri özünü doğrultmasın. Tanınmış simalar haqqında bəzi xüsusi vurğular isə tamamilə yanlış ola bilər. Ona görə də bildirirk ki, bu materialı Azərbaycan dilində hazırlayıb, təqdim etməkdə bizim yeganə məqsədimiz oxucularımızın məlumat coğrafiyasını genişləndirməkdir. (Musavat.com )

0