Əkrəm İmamoğlu Aya Sofya məsələsinə münasibət bildirdi

SİYASƏT
17:52 / 11.07.2020
2580

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 1935-ci ildən indiyə qədər muzey kimi fəaliyyət göstərən Aya Sofyanın məscidə çevrilməsi qərarına münasibət bildirib.
Yunanıstanda keçirilən Delphi İqtisadi Forumuna telekonfrans vasitəsilə qatılan Əkrəm İmamoğlu Aya Sofyanın ibadətə açılması və məscidə çevrilməsi ilə bağlı sualı cavablandırıb:

“Aya Sofyanın ibadət üçün açılmasına ehtiyac olduğuna inanmıram. Türkiyə və dünyanın başqa problemləri var və bu məsələ daxili siyasət vasitəsi olaraq istifadə edilməməlidir".

O həmçinin bildirib ki Türkiyədəki ibadət yerləri və tarixi abidələrə görə İstanbul Bələdiyyəsi deyil, mərkəzi hökumət və Turizm Nazirliyi məsuliyyət daşıyır.

2
Qafqazinfo.az