Avropa İttifaqından sərhəddəki vəziyyətlə bağlı BƏYANAT

16:24 / 13.07.2020
1328

Avropa İttifaqı Ermənistan və Azərbaycan sərhədində baş verənlərlə bağlı bəyanat yayıb. 

HİT.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Fəaliyyət üzrə Xidməti məlumat yayıb. "AB hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa, gərginlik yaradan hərəkət və ritorikalardan çəkinməyə və təcili tədbirlər görməyə çağırır",-deyə bəyanatda bildirilib.

Bildirilib ki, bu çərçivədə hər iki tərəf Brüsseldə vurğulanan birbaşa kommunikasiya mexanizmlərindən istifadə etməlidir. Bəyanatda həmçinin baş vermiş insidentin araşdırılması təklif olunub.

"Atəşkəs rejiminin bu qədər ciddi pozulması uyğun şərtlərin yarandığı andan ATƏT-in bölgə üzrə monitorinqinin yenidən qurulmasının vacibliyini göstərir",-deyə bəyanatda qeyd olunub. 

2