Türkiyə PUA-ları Ermənistanla sərhəddə uçuşlar keçirdi (FOTO)

15:01 / 15.07.2020
1517

Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatları (PUA) Türkiyə-Ermənistan sərhədində nəzarət uçuşları keçirib. 

Bu barədə məlumat “Twitter”də yayılıb.

Nəzarət uçuşlarına adi PUA-larla yanaşı, silahlı PUA-lar da qatılıb. 

Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazasının helikopterləri iki gündür Ermənistan – Türkiyə sərhədi boyu keşikçi uçuşları həyata keçirir.

0
Report.az